dəfnə tacı

bax dəfnə əklili
dəfnə əklili
dəftərxana sıçanı (dəftərxana xidmətçisi)
OBASTAN VİKİ
Dəfnə
Dəfnə (lat. Laurus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və Cənubi Qafqazın qərbində rast gəlinir. Adaphus Neck. Appella Adans.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Nəcib dəfnə
Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü. Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir. Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir.
Dəfnə yarpağı
Dəfnə yarpağı — yeməkdə ot kimi istifadə edilən aromatik yarpaq. Tam, qurudulmuş və ya təzə istifadə edilə bilər, bu zaman yarpaq istifadədən əvvəl qabdan çıxarılır və ya üyüdülmüş formada daha az istifadə olunur. Dəfnə yarpağının yeməyə verdiyi ləzzət hamılıqla razılaşdırılmayıb, lakin əksəriyyət bunun incə bir əlavə olduğunu qəbul edir.
Günəş tacı
Günəş tacı — Günəşdən 5 mln. km-dək məsafədə yerləşir. O, Günəşdən ətraf aləmə səpələnən yüklü hissəciklərdən, tozlardan, qaz kütlələrindən (onlara koronium deyilir) ibarətdir. Bu plazma axınları Günəş küləyi adlanır. Onların sürəti 300–400 km/san.-yə çatır. Günəşin ətrafa şüalandırdığı ümumi enerjinin miqdarı 4*10³³ erq/san-dir. Bu enerjinin 1/2.200.000.000 hissəsi Yer səthinə gəlib çatır. Adi müşahidə zamanı Günəş tacını ancaq tutulma əsnasında görmək olar. 1868-ci ilin 18 avqustunda müxtəlif ölkələrdən bir çox astronomlar tam Günəş tutulmasını müşahidə etmək üçün Hindistana getmişdilər. Bu zaman tacın və protuberansların spektrini öyrənməklə "helium qazı" kəşf edildi.
Zvonimir tacı
Zvonimir tacı ― 1076—1089-cu illərdə hakimiyyətdə olan xorvat hökmdarı Zvonimirə məxsus tutya, sonradan itirilmişdir. Dmitar Zvonimir tacı skeptron ilə birlikdə Roma papası VII Qriqoridən aldı. Tacqoyma Zvonimirin əvvəlki dux əvəzinə daha böyük titul olan rex-i almasına imkan verdi. Ancaq eyni zamanda, tacı alması nəticəsində Papa ilə münasibətləri daha çox vassal münasibətlərinə bənzəməyə başladı. Mənşə baxımından, Zvonimirin xorvat taxt-tacına olan haqqı nə qədər böyük olduğu aydın deyil, ona görə onun hökmdarlığının əlavə gücləndirilməsinə ehtiyacı ola bilərdi. Orta əsr tacı Zvonimirin ölümündən sonra başlayan iğtişaş dövrü zamanı itirilmişdir, Macarıstan və Xorvatiyanın şəxsi birliyinin başlamasından sonra isə xorvat tacı rolunu Müqəddəs İştvan tacı öz üzərinə aldı. XIX əsrdə ayrı xorvat tacının mövcud olması fikri Xorvatiya suverenliyinin tərəfdarları arasında populyarlaşdı, məsələn bu cür düşüncələrə Franyo Raçkinın idealist yazılarında rasta gəlmək olar. Zvonimir (və ya ona daha çox deyildiyi kimi Tomislav) tacının şəkilləri şücaətli keçmiş haqqında xatirələri gücləndirirdi. Bu, 1925-ci ildə xorvat dövlətçiliyinin ildönümünün qeyd edildiyi zaman xüsusilə aktual oldu. Müstəqil Xorvatiya Dövlətinin yaranması ilə prototipindən fərqlənən yeni “Zvonimir tacı” hazırlandı.
Dəfnə Coy Foster
Dəfnə Coy Foster (ing. Defne Joy Foster; 2 sentyabr 1975, İncirlik[d], Adana ili – 2 fevral 2011, İstanbul) — Türk və amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan "Sihirli Annem" teleserialında oynadığı "Eda" obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir. Dəfnə 2 sentyabr 1975-ci ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkər Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Əhməd Altanın oğlu Kərəm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dəfnənin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir.
Dəfnə Joy Foster
Dəfnə Coy Foster (ing. Defne Joy Foster; 2 sentyabr 1975, İncirlik[d], Adana ili – 2 fevral 2011, İstanbul) — Türk və amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan "Sihirli Annem" teleserialında oynadığı "Eda" obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir. Dəfnə 2 sentyabr 1975-ci ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkər Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Əhməd Altanın oğlu Kərəm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dəfnənin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir.
Nəcib dəfnə ağacı
Böyük Karlın tacı
Böyük Karlın tacı və ya Müqəddəs Roma İmperiyasının tacı (alm. Reichskrone‎) — Müqəddəs Roma imperatorlarının 11-ci əsrdən 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləvğinə qədər taxdığı tac. Tac, Roma kralları, seçildikdən dərhal sonra isə İmperator tərəfindən istifadə edildi. X əsrin sonu və ya XI əsrin əvvəllərində hazırlanmışdır. Bir çox digər taclardan fərqli olaraq, dairəvi bir formada deyil, səkkizbucaqlıdır və səkkiz menteşəli löhədən hazırlanmışdır. Tacın ön hissəsindən başlayan və arxasına qədər dəvam edən hisssənin önündə xaç yerləşir. Tac Avstriyanın Vyana, Hofburqdakı İmperiya Xəzinəsində saxlanılır. == Tarix == Tacın 10-cu əsrin sonlarında və erkən 11-ci əsrdə Qərbi Almanyada, I Otto, I Konrad və III Konradın hakimiyyəti zamanı hazırlandığı düşünülür. Bu barədə ilk qorunan qeydlərin XII əsrdən bəri eyni tac haqqında olduğunu düşünsək bunun həqiqətə uyğun olduğu düşünülür. Müqəddəs Roma İmperiyası Krallarının əksəriyyət bu tacı taxmışdır.
Cənub Tacı (bürc)
Cənub Tacı (lat. Corona Australis) — göyün cənub yarımkürəsində bürc.
Göllərin Tacı (1966)
Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Stefan Nemaniç tacı
Stefan Nemaniç tacı (serb. Круна Стефана Првовенчаног) — əfsanəyə görə, Serbiya kralı Stefan Nemaniçə tacqoyma mərasimində təqdim olunan tac. Rəvayətə görə, 1201-ci ildə Stefan Nemaniç Roma Papası III İnnokentiyə onu kral olaraq tanımaq və tac göndərmək istəyi ilə müraciət etdi, lakin onun bu istəyini 1207-ci ildə papa III Honorius yerinə yetirdi və Stefanın taclandığı tacı ona göndərdi. Rəvayətə görə, Stefandan sonra gələn bütün serb kralların taclandırılması üçün ondan istifadə edilmişdir, lakin çarlardan başqa (IV Stefan Uroş Duşan və V Stefan Uroş fərqli taclardan istifadə etmişdilər). Sikkələr və freskaların üstündə olan görüntülərə əsasən, tacın zanbaq çələngindən ibarət olduğu qənaətinə gəlmək olar. Lakin, 1217-ci ildə Stefan Nemaniçə Romadan belə bir tacın verilməsinə dair kifayət qədər dəlil tarixçilər tərəfindən təqdim edilmir, çünki Stefan rəsmi olaraq yalnız 1222-ci ildə Müqəddəs Sava tərəfindən pravoslav ayini ilə Jiça monastırında tac edilmişdir. Bəzi nəzəriyyələrə görə, Stefana kral tacı Bizansdan gəlib və Bizanslıların razılığı ilə Stefanın taclanması baş tutmuşdur, lakin tacın Stefana hər-hansısa yerdən göndərildiyi haqqında Serbiya salnamələrində heç bir məlumat tapılmamışdır. Serbiya Bizansla olduqca yaxın təmasda olduğundan Bizansın Serbiya mədəniyyətinə təsiri artdı, buna görə də tacın freskalarda təsvir olunması dayandırıldı. Tac Kotromaniçlərin gerbində də təsvir olunmuşdur, hansılar ki onu Bosniyanın krallıq elan olunması və I Tvrtkonun taxta çıxmasından sonra əlavə etmişdilər.
Şimal Tacı (bürc)
Şimal Tacı (lat. Corona Borealis) — göyün şimal yarımkürəsində bürc.
Araqon taxt-tacı
Araqon taxt-tacı (araq. Corona d'Aragón; kat. Corona d'Aragó, Katalanca tələffüz: [kuˈɾonə ðəɾəˈɣo]; isp. Corona de Aragón, [koˈɾona ðe aɾaˈɣon]; lat. Corona Aragonum, [kɔˈroːna araˈɡoːnũː]) — Araqon krallarının hakimiyyəti altında bir neçə dövlət qurumunun birliyi. XIV–XV əsrlərdə, gücünün zirvəsində, Araqon taxt-tacı müasir İspaniyanın şərqinin, Fransanın cənub-şərqinin, eləcə də Balear adalarının, Siciliyanın, Korsikanın, Sardiniyanın, İtaliyanın cənubunun (1442-ci ildən) və Yunanıstanın bir hissəsini (1388-ci ilə qədər) idarə edən ən əhəmiyyətli dəniz gücü idi. Bisson, T. N. The medieval Crown of Aragon. A short history. Oxford: Clarendon Press. 1986.
Dəfnə ağacı (teleserial, 2016)
Dəfnə ağacı — Azərbaycan teleserialı. İlqar Fəhminin povestinin motivləri əsasında çəkilmişdir. Serialda üç dost Tural (Ülvi Həsənli), Kamran (Tural Əhməd) və Səlim evdə toplaşaraq yeyib-içirlər. Sonradan Kamran (Tural Əhməd) və Səlim arasında mübahisə düşür. Və mübahisə nəticəsində Kamran (Tural Əhməd) Səlimi bıçaqlayaraq öldürür. Bu zaman Tural (Ülvi Həsənli) sərxoş olduğundan heç nədən xəbəri olmur və bundan istifadə edən Kamran (Tural Əhməd) Turala (Ülvi Həsənli) yalandan cinayəti onun etdiyini deyir və bütün hadisələr də bundan sonra başlayır.
Göllərin tacı (film, 1966)
Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Polşa Krallığı Taxt-tacı
Polşa Krallığı Taxt-tacı (pol. Korona Królestwa Polskiego, lat. Corona Regni Poloniae) — Polşanın ümumi adı; 1386–1569 illərində və sonra müstəqil ölkənin rəsmi adı. Reç Pospolitanın bir hissəsi (1569−1791 (1795)).
Yurdumun Zümrüd Tacı (1990)
Yurdumun zümrüd tacı (film, 1990)